Ailələrə yardım planını açıqladı
ABŞ Preidenti Co Bayden (Joe Biden), 20 Yanvar 2021-ci ildən bu yana ilk dəfə Konqresin iclasında Senat və Nümayəndələr Məclisi üzvlərinə xitab edib.
Marja xəbər verir ki, Bayden Amerikan Ailələri Planını açıqlayıb.
Bayden, gələcək üçün ailələr və uşaqlara da sərmayə qoyulması lazım olduğunu vurğulayaraq, "Bu səbəblə, bu gün Amerikan ailələrinin qarşı-qarşıya olduğu ən böyük 4 problemi həll etməyi hədəfləyən Amerikan Ailələri Planını təqdim edirəm",- deyib.
1,8 trilyon dollarlıq Amerikan Ailələr Planının yaxşı təhsilə çıxışı mümkün edəcəyini qeyd edən Bayden, planın keyfiyyətli və münasib qiymətli uşaq baxımı imkanı da təmin edəcəyini dilə gətirib.
Bayden, plan ilə 12 həftəyə qədər ödənişli ailə və tibbi icazənin də təmin ediləcəyini, milyonlarla ailəyə birbaşa nağd pul yardımı ediləcəyini bildirib.
Söz mövzusu planların necə maliyyələşdiriləcəyinə də toxunan Bayden, büdcə kəsiri artırılmadan bunun edilə biləcəyini qeyd edib.
"İşi mükafatlandıracağıq, sərvəti deyil"
Bayden, ildə 400 min dollardan az qazanan insanlara hər hansı bir vergi artımının tətbiq olunmayacağının vurğulayaraq, şirkətlərin və Amerikanın ən varlı 1%-inin ədalətli paylarını ödəmələrinin zamanının gəldiyini qeyd edib.
Yaxın zamanda aparılmış bir araşdırmanın, ölkənin ən böyük 55 şirkətinin keçən il federal gəlir vergisi ödəmədiyini göstərdiyinə işarə edən Bayden, "Ədalətli paylarını ödəmələri üçün mənfəət vergilərini yenidən müəyyənləşdirəcəyik. İşi mükafatlandıracağıq, sərvəti deyil", - deyib.
Bayden, "Amerikalıların ən zəngin 1%-i, 400 min dollar və ya çox qazananlar üçün ən yüksək vergini 39,6%-ə qaldırırıq", - deyib.
Bayden, orta sinifin vergi yükünü artırmayacaqlarını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





