“Rabitəbank” bugünədək ən yüksək rüblük gəlirə imza atıb - MƏNFƏƏT AÇIQLADI
“Rabitəbank” ilin birinci rübünü mənfəətlə başa vurubÖlkənin aparıcı banklarından olan “Rabitəbank” 2021-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankdan Marjaya daxil olmuş məlumata görə, cari ilin birinci rübündə dinamik inkişafa davam edən bank bütün mühüm maliyyə göstəricilərində artım nümayiş etdirib.
“Rabitəbank” ASC İdarə Heyətinin sədri Elçin Qədimov 2021-ci ilin ilk rübünü müsbət qiymətləndirib: “İlin ilk rübünü uğurlu dəyərləndiririk. Əsas maliyyə göstəricilərində gözləntilərimizdən daha yüksək artım müşahidə olunur. Bankımız ilin ilk rübünu 3.5 mln manat mənfəətlə başa çatdırıb və iş günləri sayının az olmasına baxmayaraq 18.6 mln manat məbləğində bu günə kimi olan ən yüksək rüblük gəlir əldə edilib.”
Belə ki, 31 mart 2021-ci il tarixinə bankın xalis mənfəəti 3.5 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin analoji dövri ilə müqayisədə 59% artım deməkdir.
Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 443 milyon manat təşkil edib. Bu da 2020-ci sonuna olan kredit portfeli ilə müqayisədə 2.5% artım deməkdir.
Bank bugünədək olan ən yüksək rüblük gəlir nəticəsinə imza ataraq 2021-ci ilin I rübündə 18.6 milyon manat gəlir əldə edib. 2020-ci ilin anoloji dövrü ilə müqayisədə bankın gəlirləri 21% artıb.
“Rabitəbank”ın verdiyi kreditlərdə də artım müşahidə olunur. Gündəlik biznes kreditlərinin verilməsi həcmi 14.5% artıb. İlin ilk rübündə kiçik və orta biznesin kredit portfelini 12%, mikrokreditləri isə 20% artırmağa müvəffəq olub. Qeyd edək ki, verilmiş kreditlərin 58%-i ölkə üçün əhəmiyyətli real sektorun kreditləşməsinə yönəldilib.
2021-ci il “Rabitəbank” üçün kart biznesi sahəsində də uğurlu başlanğıc olub. Ötən ilin sonundakı göstərici ilə müqayisədə kart sayları 11% artaraq 164 min təşkil edib. Keşbek kartı olan Kartmane debet kartının bu rüb ərzindəki satışı 40%-dən çox artıb. Bankın kart məhsulunun populyarlaşması nəticəsində bankın plastk kart sahəsindəki gəlirləri 2020-ci ilin analoji rübü ilə müqayisədə 56% artıb.
Bütün bank xidmətlərini sürətlə rəqamsal sferada da genişləndirən “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile”ın yükləmə sayı 27.2% artaraq 121 minə çatıb. Bu rüb ötən ilin sonu ilə müqayisədə bankın mobil əlavəsi vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi məbləğ olaraq 73%, say olaraq isə 65 % artıb.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















