“Azərbaycan Sənaye Bankı”nın qazancında böyük azalma
Faiz gəlirlərinin azalması və xərclərinin artması Bankın xalis mənfəətinin 5 dəfədən çox azalmasına səbəb olub“Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilin 1-ci rübünü 416 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 5,4 dəfə azalıb. “Azərbaycan Sənaye Bankı” 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin azalmasının əsas səbəbləri, faiz gəlirlərinin azalması, depozitlər üzrə faiz xərclərinin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına vəsait ayırılmasıdır.
Marja xəbər verir ki, “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri ötən ilin ilk rübündəki 7 milyon 843 min manatdan 2021-ci ilin ilk rübündə 7 milyon 325 min manata geriləyib, qeyri-faiz gəlirləri isə 1 milyon 397 min manatdan 1 milyon 473 min manata yüksəlib.
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB
2021-ci ilin yanvar-mart dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirlləri 8 milyon 798 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 126 min manat, əməliyyat mənfəəti 672 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 155 min manat ehtiyata ayırıb və 101 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-mart dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirlləri 9 milyon 240 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 228 min manat, əməliyyat mənfəəti 2 milyon 12 min manat təşkil etmişdi. Eyni zamanda ehtiyatdan azad olmuş 817 min manat mənfəətə əlavə edilmişdi.
BANK KİÇİLİB, KREDİTLƏR AZALIB
31 Mart 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" 889 milyon 274 min manat cəmi aktivlərə, o cümlədən 249 milyon 125 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) və 494 milyon 566 min manat digər banklarda yerləşdirdiyi depozitlərə malik olub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin sonunda 911 milyon 504 min manat cəmi aktivlərə, o cümlədən 316 milyon 991 min manat kredit portfelinə və 444 milyon 38 min manat digər banklarda yerləşdirdiyi kreditlərə malik idi.
"Azərbaycan Sənaye Bankı"ndakı depozitlər ilk rübdə 639 milyon 32 min manatdan 615 milyon 59 min manata düşüb.
31 Mart 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" 99 milyon 951 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 99 milyon 358 min manat məcmu kapitala malik idi.
"Azərbaycan Sənaye Bankı" ASC-nin səhmdarları “Anadolu İnvestment Kompani” MMC, “Azərbaycan Sənaye Lizinq” MMC və Leyla Gozal-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















