Azərbaycanda özəl bankların kredit qoyuluşu 10 %-dən çox azalıb
Bu il martın 1-nə Azərbaycan banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 619,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,6 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 % azdır.
Kredit qoyuluşunun 11 milyard 442,6 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 10,1 % azdır.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 803,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 18,3%-ə qalxıb.
Fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6 % azdır. İl ərzində BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,4 % təşkil edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























