Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopter əsaslı təmir edilib
"ASG Helikopter Services" aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti "Mi-8AMT" tipli helikopterin əsaslı təmirini başa çatdırdı.
“ASG Helicopter Services” şirkətinin mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilmişdir. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunmuşdur.
2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilmişdir.
Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri, ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanmışdır.
Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə "ASG Helicopter Services" şirkəti tərəfindən tam maliyyələşdirilməklə "Mİ" tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilmişdir. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi, Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcəkdir. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcəkdir. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















