Çip çatışmazlığı avtomobil sənayesini çarəsiz qoyub
İndi də Ford istehsalını azaldır. Şirkət iş növbələrini ləğv edir, planlaşdırılan F-150 pikapları və Edge SUV-larının yalnız bir hissəsini buraxacaq.ABŞ-ın qlobal avtomobil istehsalçısı Ford ən azı iki zavodunda iş növbələrini ləğv edəcəyini və F-150 pikapları və Edge SUV-larını məhdud sayda, eləcə də bəzi ehtiyat hissələri olmadan buraxacağını bildirib.
Marja xəbər verir ki, şirkət bu çatışmazlığa görə il ərzində 1 milyarddan 2,5 milyard dollara qədər gəlir itirə biləcəyindən narahatdır.
Fordun nümayəndəsi mikrosxemlərin çatışmazlığına görə istehal həcminin nə qədər azaldılacağı barədə suala konkret cavab verməsə də, bildirib ki: “Buraxılması planlaşdırılan avtomobil sayı böyük həcmdə deyil, minlərlə ölçüləcək”.
İstehsalat ixtisarlarına Ford Escape və Lincoln Corsair krossoverlərini buraxan Kentukkidəki zavodda həftəsonuna qədər üç növbənin ləğvi də daxildir. Ford bu zavodda ayın əvvəlində də boşdayanma barədə məlumat vermişdi, gələn həftə isə Almaniyadakı Ford zavodunda ən azı bir gün iş olmayacaq. Həmin zavodda Ford Fiesta modeli istehsal olunur ki, artıq ABŞ-da həmin modelin satışı dayandırılıb.
60,6 MİLYARD DOLLAR İTİRİLƏ BİLƏR
Avtomobil sənayesi çip və mikrosxem çatışmazlığı problemini həll etməyə çalışır. AlixPartners konsultasiya şirkəti müvafiq çatışmazlığın qlobal avtomobil sənayesində bu il 60,6 milyard dollar gəlir itkisinə gətirib çıxaracağını proqnozlaşdırır. Fordun böyük şəhərlərdəki əsas rəqibi General Motors isə çip çatışmazlığına görə 2021-ci ildə 1,5-2,5 milyard dollar pul vəsaiti itirəcəyini ehtimal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)






