"OPEC+"ın qərarı gözlənilməz konservativ oldu"
"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı qərarı gözlənilməz konservativ oldu.
Bu barədə RİA "Novosti"ə "Fitch" reytinq agentliyinin təbii sərvətlər və xam mallar üzrə qrupun direktoru Dmitri Marinçenko bildirib.
Onun sözlərinə görə, nəticədə, bu qərar neftə olan qiymətlərin hələlik 60-70 dollar civarında olmasına səbəb olacaq.
"“OPEC+”ın qərarı gözlənilməz konservativ oldu, bazarda, hələ ki, əhəmiyyətli defisit olacaq, bu da artıq neft ehtiyatlarının daha sürətli istifadə edilməsinə imkan verəcək. Yəqin ki, qiymətlər hələlik 60-70 dollar civarında qalacaq", - D. Marinchenko qeyd edib.
Qeyd edək ki, Azərbaycan "OPEC+" ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib. Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub-saxlanılması məqsədilə "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.
Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin I rübündə olduğu kimi – 123 min barel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə "OPEC+" ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel azaldılmasına qərar verilib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
36 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















