Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etmək niyyətindədir
Bu il pomidor məhsullarının ixracı ilə bağlı diversifikasiya məsələsi ciddi formada nəzərdə tutulur ki, burada söhbət məhsulun Körfəz və Avropa ölkələrinə ixracdan gedir.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, bu bazarlara məhsulun ixracı ilə bağlı xüsusi sertifikatlar əldə etmək lazımdır ki, bu istiqamətdə artıq müvafiq işlərə başlanılıb: “Misal olaraq, “Globalgap” sertifikatı olmasa, məhsul Avropaya ixrac edilə bilməz. Bu, mütləqdir. Sözügedən məhsul nə qədər keyfiyyətli olsa da, bu sertifikat olmasa, məhsul ora idxal oluna bilməyəcək. Körfəz ölkələrində də bu sertifikat istənilir, lakin mütləq deyil. Ancaq “Globalgap” sertifikatı olan məhsul daha xoş qəbul olunur. Bu istiqamətdə artıq işlərə başlanılıb”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
9 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
-
9 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
11 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
11 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 11 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq




















