Neft, neftbaza məlumatlarından sonra bahalaşıb
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı faktların benzin və xam neft ehtiyatlarının azaldığını göstərməsi və dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da onsuz da yüksək səviyyələrdə olan ehtiyatların azaldığına işarə etməsindən sonra altı həftənin ən aşağı səviyyəsindən yüksəlib.
"Marja" xəbər verir ki, neft qiymətləri Nyu-Yorkda, Çərşənbə axşamı günü 21 Martdan bu yana ən aşağı səviyyəsindən bağlanmasının ardından 1.1% qədər yüksəlib.
ABŞ-da sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) Çərşənbə günü açıqladığı məlumatlara görə, ötən həftə xam neft ehtiyatları 4.16 milyon barrel və benzin ehtiyatları isə 1.93 milyon barel azalıb.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi göstəricilərin də, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, xam neft ehtiyatlarının azaldığını göstərməsi gözlənilir. Yanacaq ehtiyatlarının isə artım göstərməsi nəzərdə tutulur.
"Melbournede IG Ltd"nin bazar strateqi Chris Weston, "Bazar hazırda ABŞ-da neftbaza göstəricilərinin azalma göstərməsini gözləyirdi və API göstəriciləri bunu dəstəklədi. Benzin ehtiyatlarındakı potensial azalma, qiymətlərin aşağı düşməsinin ortadan qalxmasına yardım edə bilər" şəklində bildirib.
Neft qiymətləri, ABŞ-da artan neft hasilatının, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların istehsalı azaltmaq səylərini heç edə biləcəyi narahatlıqları ilə son iki həftə düşüb.
OPEC, hasilatın azaldılması müqaviləsini ilin ikinci yarısına uzadıb uzatmamaq məsələsində qərar vermək üçün, Mayın 25-də Vyanada toplaşacaq. Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, ötən həftə verdiyi açıqlamada, müqavilənin uzadılması barədə ümumi bir fikir birliyi olduğunu deyib.
Qərbi Texas nefti Nymex birjasında 51 sent və ya 1,1% bahalaşaraq bareli 48.17 dollara qədər, Brent nefti, Londonda ICE Futures Europe bazarında 59 sent və ya 1.2 faiz bahalaşaraq bareli 51.05 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
24 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























