Beynəlxalq köçürmələrlə bağlı bir ilk!
®️ Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) GPI sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan Azərbaycan Beynəlxalq Bankı müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb.
İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür. Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır. Üstəlik, müştərilər indi Bankın bu xidmətindən ödənişsiz istifadə edirlər.
Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SWIFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPI sistemini tətbiq edib. Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub.
Sistem beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur. Azərbaycan Beynəlxalq Bankının bu innovativ addımı hüquqi şəxs və sahibkar müştərilərin işinin daha da asanlaşmasına, müştəri məmnuniyyətinin və loyallığının artmasına xidmət edir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)


