Mərkəzi Bankın təşəbbüsü ilə Qlobal Pul Həftəsi çərçivəsində tədbirlər həyata keçirilmişdir
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci il “Qlobal Pul Həftəsi” ərzində iqtisadi maarifləndirmə tədbirləri çərçivəsində uşaq bağçaları və məktəblilər, gənclər və orta məktəb müəllimləri üçün müxtəlif tədbirlər təşkil edilmişdir. Bu tədbirlərə bağça və məktəblərə səfərlər, “Yığım” oyunları, universitet tələbələri üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər, “Həyat Bilgisi” fənnini tədris edən orta məktəb müəllimlərinə seminarlar və Facebook səhifəsində həştəq müsabiqəsi daxil olmuşdur.
Məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pul nişanları, onların tarixi, gündəlik həyatımızda pulun önəmi və cib xərcliklərindən səmərəli istifadə yolları və gələcək ehtiyaclar üçün yığımla bağlı faydalı məlumatlar verilmişdir. Eyni zamanda, ümumtəhsil məktəblərində “Həyat Bilgisi” fənnini tədris edən müəllimlər üçün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Maliyyə savadlılığının ünsürlərindən təhsildə istifadə” mövzusunda seminarlar keçirilmişdir.
Həmçinin “Qlobal Pul Həftəsi” çərçivəsində tələbə və gənclər arasında məhşurluq qazanan və onların böyük marağına səbəb olan “Yığım” oyunları və “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirilmişdir. Tələbələr üçün sözügedən təlimlərin keçirilməsi Mərkəzi Bankda artıq ənənə halını almışdır və onların maraqları nəzərə alınaraq, hər il maliyyə qurumları ilə birgə çoxsaylı belə seminarlar təşkil edilir.
Əlavə olaraq, “Qlobal Pul Həftəsi” ərzində Facebook səhifəsində həştəq müsabiqəsi elan edilmişdir. Yarışmanın başlıca tələbi maliyyə savadlılığına dair şəxsi qeydlərin #GMWAzerbaijan2017 həştəqi (sosial şəbəkələrdə məlumatların axtarışı üzrə açar sözün etiketlənməsi) ilə Facebook səhifəsində yerləşdirmək idi. Ən çox bəyənilmiş və yaradıcı qeydlərin müəllifləri qalib olaraq seçilmiş, Mərkəzi Banka dəvət edilmiş və 100 manat məbləğində mükafatla təltif edilmişlər.
Cari ildə 130-dan artıq ölkədə qeyd olunan “Qlobal Pul Həftəsi” 27 mart – 2 aprel tarixlərinə təsadüf etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























