Yeni Hayat-dan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması üçün 1 000 000 manat yardım!
(®️) Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mütəmadi vurğuladığı kimi, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkədir. Bu qəbildən də Azərbaycan burada yaşayan fərqli dini etiqadından, milliətindən asılı olmayaraq hər bir vətəndaşın vətənidir.
İllərdir ki, işğal altında olan Qarabağ torpaqlarının azad olunması zamanı istər ön, istərsə də arxa cəbhədə çalışan hər bir Azərbaycan vətəndaşı çiyin-çiyinə duraraq qəhrəmanlıqlar göstərmiş nəticədə 44 gün aparılan haqq müharibəsi Azərbaycanımızın zəfəri ilə başa çatmışdır. Əfsuslar olsun ki, bu illər ərzində işğal altında qalan torpaqlarımızda olan istər yaşayış istərsə də iaşə infrastrukturları, binalar, dini məbədlər düşmən tərəfindən dağıdılaraq yararsız hala salınmışdır.
Azad olunmuş torpaqlarımızla bağlı hazırda Azərbaycan dövlətinin qarşısında duran preoritet məslələrdən biri də həmin ərazilərdə yerləşən bütün infrastrkturların yüksək keyfiyyətlə yenidən qurularaq bərpa edilməsi və vətəndaşların ixtiyarına verilməsidir. Respublikamızda milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsi eləcə də Ölkkəmzdə aparılan quruculuq yenidən qurma işlərində Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır.
Yeni Hayat Şirkətlər Qrupu da dövlətimizin bu yanaşmasını və işğaldan azad olunan ərazilərimizdə bərpa işlərinin aparılması istiqamətində atılan addımları dəstəkləyərək öz həmrəyliyini bəyan edir. Bu məqsədlə də Yeni Hayat Şirkətlər Qrupu işğaldan azad olunmuş torpaqlarımızda yenidən qurma bərpa işlərinin aparılması üçün Heydər Əliyev Fonduna 2021-ci il müddəti ərzində ayda 100 000 manat olmaqla toplam 1 000 000 manat yardım etməyi öz öhdəsinə götürür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
24 d. əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 25 d. əvvəl
- 36 d. əvvəl
- 43 d. əvvəl
-
48 d. əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
1 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir























