“Premium Bank”ın maliyyə vəziyyəti məlum oldu
“Premium Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 7 milyon 650 min manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.
9 ay ərzində “Premium Bank”ın gəlirləri 37 milyon 428 min manat (illik müqayisədə 18,1% az), xərcləri 33 milyon 801 min manat (2,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5 milyon 191 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1 milyon 169 min manat (21,8% az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 670 milyon 342 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 564 milyon 287 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2% böyüyüb.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 8,8% artaraq 485 milyon 288 min manata, o cümlədən depozit portfeli 8,6% artaraq 431 milyon 188 min manata, balans kapitalı isə 41,9% artıraraq 185 milyon 54 min manata, o cümlədən nizamnamə kapitalı 47,8% artaraq 154 milyon 601 min manata çatıb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)

















