Azər-Türk Bankın maliyyə vəziyyəti məlum oldu
Səhmlərinin əksər hissəsi dövlətə məxsus olan Azər-Türk Bank 2020-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb. Pandemiyanın yaratdığı iqtisadi çətnliklər dövründə Azər-Türk Bank gəlirlərini və xərclərini təxminən ötən ilin eyni dövründəki səviyyələrdə qoruyub saxlamağı bacarıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Azər-Türk Bankın cəmi əməliyyat gəlirləri 22 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 141 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 706 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 616 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayrılıb. Nəticədə Bank cari ilin 9 ayının 89 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında Azər-Türk Bankın cəmi əməliyyat gəlirləri 23 milyon 713 min manat, cəmi əməliyyat xərcləri isə 22 milyon 712 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 1 min manat əməliyyat mənfəəti formalaşmışdı. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 329 min manat ayırdığından həmin dövrü 672 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2020-ci ilin 9 ayı ərzində Azər-Türk Bankın cəmi aktivləri 3 milyon 322 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 351 milyon 40 min manata çatıb. Artım Azər-Türk Bankın digər banklara yatırdığı depozitləri 30 dəfəyə yaxın artıraraq 50 milyon 150 min manata çatdırması ilə əlaqədardır.
30 Sentyabr 2020-ci il tarixində Azər-Türk Bank 50 milyon 67 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
18 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






