Azərbaycanın ən böyük bankı maliyyə göstəricilərini açıqladı
Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC 2020-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi əməliyyat gəlirləri 390 milyon 974 min manat, cəmi əməliyyat xərcləri 190 milyon 420 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 200 milyon 554 min manat əməliyyat mənfəəti yaranıb. “Azərbaycan Beynəlxalq Bankı” əməliyyat mənfəətindən 23 milyon 826 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb, 41 milyon 331 min manat mənfəət vergisi ödəyib. Nəticədə, “Azərbaycan Beynəlxaıq Bankı” cari ilin 9 ayını 135 milyon 397 min manat xalis mənfəət ilə başa vurub.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ ARTIB
“Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirləri artıb. Belə ki, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 35 milyon 518 min manat və ya 24,6% artaraq 179 milyon 801 min manat təşkil edib. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 49 milyon 79 min manat və ya 38,8% azalaraq 77 milyon 333 min manata, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 7 milyon 857 min manat və ya 20,2% azalaraq 30 milyon 928 min manata düşüb.
30 sentyabr 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” 8 milyard 187 milyon 558 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi aktivləri 1 milyard 35 milyon 803 min manat və ya 11,2% azalıb. Azalma nağd pul vəsaitlərinin azalması ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2020-ci ilin 9 ayı ərzində “Azərbaycan Beynəlxalq Bankı”nın müştərilərə verdiyi cəmi kreditlər 99 milyon 316 min manat artaraq 30 sentyabr 2020-ci il tarixində 2 milyard 474 milyon 300 min manata çatıb.
30 sentyabr 2020-ci il tarixində “Azərbaycan Beynəlxaıq Bankı” 1 milyard 112 milyon 509 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
9 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















