"Düşmən ölkənin rəhbərliyi yalvarır"
"Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
Dövlətimizin başçısı deyib: “Bizim üstünlüyümüz bu gün açıq informasiya məkanında göstərilir. İnternetdə göstərilir. Necə dəqiq, sərrast atəşləri ilə düşmənin canlı texnikası məhv edilir. Düşmən panikadadır. Düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar”.
"Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü.
"Dəfələrlə bunu demişik ki, öz xoşunuzla çıxın, bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa peşman olacaqsız. Hesab edirsiz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq. Dəfələrlə demişəm. Amma bizim torpaqlarımıza oturub, bizim müqəddəs torpağımızı zəhərləyib, sonra da bizə qarşı iddia qaldırasan. Görün, qudurğanlığın dərəcəsinə baxın".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 20 d. əvvəl
-
36 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"























