“Neftçilər günü”nə özəl endirimli kredit
(®️) Azərbaycan Beynəlxalq Bankı 20 sentyabr “Neftçilər günü”nə özəl olaraq neft-qaz sektorunda çalışan müştərilər üçün kredit kampaniyası elan edib. Bankın əmək haqqı kartına malik hər bir neft-qaz sənayesi işçisi və bu sektora xidmət göstərən podratçı şirkətlərin əməkdaşları kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından illik 18%-lə ala bilərlər.
Kampaniyanın özəllikləri:
Məbləğ - 20 000 manatadək
Müddət - 48 ayadək
İllik faiz dərəcəsi: - 18%
Komissiya haqqı - yoxdur
Kampaniya 14 sentyabrdan 25 sentyabra qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də Bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, Bankın mobil əlavəsində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müştərilər bu endirimli kredit imkanından faydalanmaqla yanaşı, TamKart VISA Classic və TamKart Mastercard Standard kartlarını da heç bir xidmət haqqı ödəmədən Bankdan ala bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 58 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"






.jpg)














.jpg)


