Azərbaycan Beynəlxalq Bankından “Təhsil Kartı”
Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank “Təhsil Kartı” adlı yeni məhsulunu təqdim edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının “Təhsil Kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
“Təhsil Kartı” 5 il müddətinə təqdim olunacaq. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” layihəsi çərçivəsində Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr kəşbək qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə “Təhsil Kartı”nın istifadə dairəsi daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə Bank arasında “Təhsil Kartı” layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.
Azərbaycan Beynəlxalq Bankı bu layihəni “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu kartlar tələbələrin rahatlığına xidmət edəcək: “Təhsil Kartı” gənc nəsil arasında nağdsız ödəniş ənənələrinin geniş yayılmasına da kömək göstərəcək. Kəşbək proqramlarımız, keçirdiyimiz kampaniyalar tələbə gənclərimizi ödənişlərini nağdsız aparmağa həvəsləndirəcək. Onlarda innovativ bank xidmətlərindən istifadə ilə bağlı faydalı təcrübələr formalaşacaq”.
MasterCard şirkətinin ölkə üzrə müdiri Erdem Çakar bildirib: “Bu kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr bu kartlarla bir çox əlavə xidmətlərdən də faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə, başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə qayğılarının azalmasına kömək edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
10 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
11 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
11 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
11 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)







.jpg)



