Bal arısının zəhəri süd vəzisi xərçəngi əleyhinə ən güclü vasitədir
Çox böyük ehtimalla, alimlər qadınlarda ən çox yayılan xərçəng xəstəliyi ilə mübarizədə köməklik edən səmərəli dərman əldə etməyə nail olacaqlar.
Avstraliyanın Qarri Perkins Tibbi Araşdırmalar İnstitutunun alimləri aşkar ediblər ki, bal arısı zəhərindəki bir maddə döş xərçənginə qarşı "son dərəcə güclü" bir silah olaraq istifadə edilə bilər.
nat-geo.ru saytı bildirir ki, kəşfin müəllifləri son bir neçə ildir arı zəhərinin terapevtik potensialını araşdıran Siara Daffinin rəhbərlik etdiyi tədqiqatçılardır.
Alimlər əvvəllər arı zəhərindəki bəzi peptidlərin və zülalların qan beyin baryeri üzərindən dərman vermək üçün istifadə edilə biləcəyini aşkar etmişlər. Ancaq Daffi və həmkarlarının işi, melittin adlı bal arısı zəhərinin tərkibindəki maddəyə və onun döş xərçənginin müxtəlif klinik alt növlərində hüceyrə ölümünə necə səbəb ola biləcəyinə yönəlmişdi.
Daffi izah edib: “Normal arı zəhərini normal döş hüceyrələri və klinik döş xərçəngi alt tipləri üzərində test etdik: hormon reseptoru müsbət, HER2 (epidermal böyümə faktoru reseptoru) zənginləşdirilmiş və üçqat mənfi döş xərçəngi”.
Komanda, arı zəhərinin müəyyən bir konsentrasiyasından xərçəng hüceyrələrinin yüzdə 100-nün ölümünə səbəb olmaq üçün istifadə edilə biləcəyini, sağlam hüceyrələrin isə zərərsiz qaldığını aşkar edib. Daffinin sözlərinə görə, melittin “xərçəng hüceyrələrinin membranlarını 60 dəqiqə ərzində tamamilə məhv edir”.
Alimlər melittin necə işlədiyi barədə bir neçə maraqlı müşahidələr aparmışlar. Komanda, 20 dəqiqə ərzində birləşmənin xərçəng hüceyrələrinin böyüməsi və çoxalması üçün istifadə etdiyi bəzi əsas siqnal yollarını blokladığını aşkar edib. Melittinin bu reseptorların fəaliyyətini maneə törətməklə əsas kimyəvi mesajları bağlamaq qabiliyyəti işdə əsas tapıntı idi.
Siara Daffi: “Bu, təbii birləşmələrin insan xəstəliklərini müalicə etmək üçün necə istifadə edilə biləcəyinə dair daha bir gözəl nümunədir.”
Komanda, eyni zamanda, sintetik melittin formalarını hazırlayıb və onu xərçəng hüceyrələrinə qarşı sınaqdan keçirib. Sintetik melittinin təxminən eyni dərəcədə təsirli olduğu təsbit edilib. Onun funksiyalarından biri də süd vəzisi xərçənginin hüceyrə membranlarını deşməkdir, bu səbəbdən də alimlər xərçəng hüceyrələrinə çatmalarını asanlaşdıran kimyəvi terapiya dərmanları kimi mövcud xərçəng müalicələri ilə birlikdə istifadə edilə biləcəyini araşdırıblar.
Daffi deyib: “Melittinin kiçik molekullarla və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə yüksək aqressiv döş xərçəngi növlərini müalicə etmək üçün istifadə edilə biləcəyini aşkar etdik. Melittin və docetaxel birləşməsi siçanlardakı şişin artmasını azaltmaq üçün son dərəcə səmərəli idi”.
İşin müəllifləri tədqiqatların yeni başladığını, lakin bal arısı zəhərinin döş xərçəngini müalicə etmək üçün istifadə perspektivlərinin çox ümidverici olduğunu vurğulayıblar.
Bu, xüsusilə üçqat mənfi xərçənginə aiddir. Xəstəliyin yüzdə 15-də diaqnoz qoyulur, lakin süd vəzisi xərçəngi ölümlərinin təxminən yüzdə 40-nı təşkil edir. Son vaxtlara qədər bu tip xərçəng xəstələri üçün yalnız kimyəvi terapiya göstərilmişdir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
35 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək






.jpg)
.jpg)














.jpg)


