"SOCAR AQŞ"nin unikal uğur tarixçəsi - VİDEO
BP-nin Azərbaycanda satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə edəcək şirkət məlum olub. Bu, 2018-ci ildə "SOCAR AQŞ" və Böyük Britaniya şirkətinin birgə müəssisəsi olaraq təsis edilən "Turan Qazma və Mühəndislik" şirkətidir.
İki şirkət arasında əməkdaşlığı nəzərdə tutan saziş, "Turan Qazma və Mühəndislik" birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobal Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur. Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69-u Azərbaycan vətəndaşıdır.
Bundan əlavə SOCAR AQŞ Türkiyədə ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində 40 quyunun qazma işlərini də uğurla icra etməkdədir. Həmçinin Xəzərdə 4 neft və qaz yatağında, dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Ümid 1", “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağının 6 saylı özüllərində quyu tikintisi işlərini uğurla aparır.
SOCAR AQŞ şirkəti geologiya sahəsində də çox böyük nailiyyətlər əldə edib. Mürəkkəb geoloji struktura malik "Ümid" yatağında qazma işlərinin uğurla və düzgün aparılması bunun sübutudur. Müəssisə "Qərbi Abşeron" və "Günəşli" yaytaqlarında unikal geoloji və geofiziki işlər apararaq yataqların tam potensiallarının aşkara çıxarılması istiqamətində zəngin məlumat bazası toplamışdır. Qeyd edək ki, SOCAR tarixində ən dərin və yüksək debitli, faktiki dərinliyi 6 min 810 m olan quyununun ("Ümid 1" platformasında, 16 saylı") qazılması "SOCAR - AQŞ"nin adı ilə bağlıdır.
SOCAR AQŞ 2019-cu ilin sentyabrında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub. Həmçinin API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. İndi şirkətdə əksəriyyəti azərbaycanlı olmaqla 1200 əməkdaş çalışır. Onların pandemiya dönəmində sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Əməkdaşların sağlamlığı ilə yanaşı xüsusilə də istehsalat zamanı ətraf mühitin qorunması şirkət siyasətinin əsas hədəflərindən biridir. Qeyd edək ki, "SOCAR AQŞ" ölkə hüdudlarından kənarda da xidmət sahəsinə görə uğurları ilə fərqlənən və seçilən şirkətlərindəndir. Müəssisə Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
5 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
5 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
6 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















