Dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşıb
Beynəlxalq valyuta birjalarında Amerika hökümətinin Çin ilə ticarət sazişinin birinci mərhələsinin altı aylıq nəticəsindən razı qaldığını açıqlamasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşıb. Bu haqda çərşənbə axşamı prezidentin iqtisadiyyat müşaviri Lerri Kudlov açıqlama verib və əlavə edib ki, Çin tərəfi daha çox kənd təsərrüfatı məhsulları almaqla, Amerikada iş yerlərinin qorunmasına səbəb olur.
Təhlillərə əsasən, hazırda cari həftənin müqavimət və dəstək səviyyələri aralığında dalağalanan dollar indeksi sözügedən səviyyələrdən birinin qırılması ilə istiqamətini seçmiş olacaqdır.
Tendensiyaya bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikada uzunmüddətli istifadə olunan məhsulların satış dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də təsir edəcəkdir.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. Bir unsiya üzrə qiymət artıq 1920$-ın altında təklif edilməkdədir və 1908$-ın qırılması ilə 1884.45 və 1862.85$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
9 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur




























