Koronavirusun dünya turizminə vurduğu ziyan açıqlandı
"Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir""Cənab Prezident, ilk növbədə, bu görüş üçün vaxt ayırdığınıza, bir daha ünsiyyətdə olmaq, söhbət etmək imkanına görə Sizə təşəkkür edirəm. Düz bir il bundan əvvəl, iyun ayında Bakıda olmuşuq, bizim İcraiyyə Şurasının iclası keçirilib".
Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvil iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.
"İcraiyyə Şurasının iclası bizim təşkilat üçün ən mühüm hadisələrdən biridir. Səmimi qonaqpərvərlik üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Bütün qonaqlar çox razı qaldı, hər şey yaxşı oldu. Siz düzgün qeyd etdiniz, bu pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir", - Baş katib bildirib.
Z.Pololikaşvili son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb, “Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub. Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin dövlətimizin başçısı və təşkilat tərəfindən dəstəklənməsini məmnunluqla vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)






