Baş Prokurorluqda yeni təyinatlar olub
Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturunun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Elnur Musayevə yeni yaradılmış Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Aynur Osmanova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi, Ceyhun Kazımov yeni yaradılmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Erkin Əlixanov yeni yaradılmış Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, Vüqar Əliyev isə yeni yaradılmış Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi vəzifələrinə təyin edilmişlər.
Baş prokurorun imzaladığı digər əmrlərlə Fərid Nağıyevə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Zamir Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi, Kamal Talıbov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi-idarə rəisinin müavini, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, İsfəndiyar Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini, Əmir Ocaqverdiyev isə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifələrinə təyin edilmişlər.
Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









