İxraca şənbə-bazar əngəli
Şənbə-bazar günləri bizim elektron bəyannamə sistemində Mərkəzi Bankın məzənnəsi əks olunmur.
Fındıq İstehsalçıları Assosiasiyası Dövlət Gömrük Komitəsinə (DGK) müraciət edərək Zaqatalada gömrük və fitosanitar laboratoriyasının tikilməsini xahiş edib. Mqvafiq müraciət Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə Assosiasiyanın sədri İsmayıl Orucov tərəfindən səsləndirilib.
“Bilirsiniz ki, fındıq ixracı ilə məşğul olan müəssisələrin mütləq əksəriyyəti təxminən 90-95%-i Zaqatalada fəaliyyət göstərir. Bu baxımdan gömrük və fitosanitar laboratoriyaların məhz Zaqatalada tikintisi daha məqsədəuyğundur. Biz hətta Assosiasiyanın binasında laboratoriya üçün yer ayırmağa da hazırıq”, - deyə İ. Orucov bildirib.
Bundan başqa, o bildirib ki, gömrük keçid məntəqələrinin şənbə-bazar günləri işləməsi ixracatçıların işlərini daha da asanlaşdırar: “Münbit şərait nəticəsində bu il məhsuldarlıq 50% artacaq. Bu məhsul əsasən sentyabr-dekabr aylarında ixrac olunur. Biz komitənin rəhbərliyindən xahiş edirik ki, gömrük keçid məntəqələri şənbə-bazar günləri də fəaliyyət göstərsin. İxrac olunan mala Yeni il bayramı öncəsi tələbat çox olur. Qeyd edilən məsələ həllini tapsa, məhsul daha tez ixrac olunar”.
DGK sədrinin müavini Səfər Mehdiyev isə qaldırılan məsələlərə cavab olaraq bildirib ki, onun təmsil etdiyi qurum da laboratoriyanın məhz qeyd edilən regionda tikilməsinin lehinədir:
"Bizim də araşdırmalarımız göstərir ki, fındıq ixracatçılarının mütləq əksəriyyəti məhz bu regionda cəmləşib. Bunu nəzərə alaraq, biz həmin regionda laboratoriya təsis etmək istəyirik. Artıq Balakəndə laboratoriyanın tikintisinə dair müvafiq şirkətlə müqavilə imzalanıb. Amma sizing müraciət araşdırılacaq və sizə rəsmi cavab veriləcək. Əgər siz laboratoriya üçün yer ayırmağa hazırsınızsa, biz buna yalnız müsbət baxırıq. Bu üsulla biz həm də büdcə vəsaitlərinə qənaət etmiş olarıq. O ki qaldı ikinci məsələyə, biz ixracatçılar üçün mobil qruplar yaratmışıq. Həmin mobil qruplar ixrac nümunələrinin götürülməsi və sair vacib məsələlərlə bağlı ixracatçılara yardım edir. Əsas problem ondan ibarətdir ki, şənbə-bazar günləri bizim elektron bəyannamə sistemində Mərkəzi Bankın məzənnəsi əks olunmur. Bilirsiniz ki, həmin sistemə bir neçə dövlət qurumu uzlaşdırılıb ki, onlardan biri də Mərkəzi Bankdır. Qeyd etdiyim məsələ ilə əlaqədar elektron bəyannamələrin qeydiyyatını apara bilmirik. Mən söz verirəm ki, bununla bağlı Mərkəzi Banka müraciət olunacaq və problemin aradan qaldırılmasına çalışacağıq”.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da bildirib ki, qaldırılan məsələlər nəzarətə götürüləcək: “Biz qeyd edilən problemlərin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət edəcəyik. Çalışacağıq ki, məsələ tez bir zamanda həllini tapsın”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)






