"Tələbat getdikcə artır, 100 qramını 7-10 manata satırıq"
Arının baldan da faydalı məhsulu – çiçək tozuBal, çiçək tozu, vələmum, mum, arı südü, arı zəhəri, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir. Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə çiçək tozu digərlərindən fərqlənir. Vitaminlər, proteinlər, karbohidratlar, makro və mikroelementlər, amin turşuları ilə zəngin olan çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır.
Ağcabədi rayonundan olan arıçı Rəfayət Musayev söhbətində çiçək tozu, onun əldə edilməsi, əhəmiyyəti və istifadəsi barədə danışıb.
Bildirib ki, çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arıçılıq məhsuludur. Çiçək tozunu arılar balalarını yemləmək üçün, əsasən mart, aprel, may və iyun aylarında toplayırlar. Arılar onu arxa ayaqlarına yapışmış vəziyyətdə yuvalarına daşıyırlar. Arıların təbiətdən topladıqları çiçək tozu pətəklərin girişindəki xüsusi “tələ”lər vasitəsilə yığılaraq, kölgədə və ya xüsusi qurğu vasitəsilə qurudulur. Yaş halda da soyuducuda saxlamaq olar.
Arıçı deyir ki, çiçək tozunun rəngi və tərkibi toplandığı bitkiyə görə dəyişir. Çiçək tozunun rəngi əsasən sarı olur. Bəzən çiçəkdən asılı olaraq qırmızı, qara, bənövşəyi və çəhrayı da ola bilər. Çiçək tozu tərkibinə görə baldan dəfələrlə üstün və faydalı arı məhsuludur. Orqanizmə lazım olan vitaminlər, amin turşuları, proteinlər, təbii hormonlar, karbohidratlar, fermentlərlə zəngin olan çiçək tozundan müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilir. Çiçək tozunun faydaları da toplandığı bitkilərə görə müxtəlif olur. Belə ki, söyüdün çiçək tozu aspirini əvəz edir, soyuqdəymə zamanı çox faydalıdır. Qanqaldan toplanan çiçək tozu isə qaraciyərin dərmanıdır, immuniteti artırır, beyinin qan dövranını normallaşdırır.
Rəfayət Musayev çiçək tozunun qəbulu qaydası barədə də məlumat verib. Bildirib ki, bu qiymətli məhsulu səhər yeməkdən yarım saat əvvəl qəbul etmək lazımdır. Arı südünü bir çay qaşığı olmaqla sorulana qədər ağızda saxlamaq məsləhətdir. Çiçək tozunu balla qarışdıraraq da istifadə etmək olar. Axşam bir qaşıq çiçək tozunu sərin su ilə qarışdırıb səhər acqarına qəbul etmək çox faydalıdır.
Ağcabədili arıçının dediyinə görə, çiçək tozuna olan tələbat getdikcə artır: "Əvvəllər 30-40 kiloqram çiçək tozu satırdım. Keçən il isə 100 kiloqram satdım. Çiçək tozunun bir kiloqramı 50 manata, 100 qramı isə 7-10 manata təklif olunur. Tələbatın çoxaldığını nəzərə alıb, bu il 200 kiloqram çiçək tozu yığmağı nəzərdə tuturam. Çiçək tozuna olan tələbatın ildən-ilə çoxalması insanların onun faydaları ilə bağlı getdikcə daha çox məlumatlanmaları ilə bağlıdır”.
Qeyd edək ki, çiçək tozu stressə qarşı davamlılığı, düşünmə qabiliyyətini, diqqəti artırır, immun sistemini stimullaşdırır. Beyin yorğunluğunu aradan qaldırır, zehni gücləndirir. Qaraciyər toxumasının funksiyalarını bərpa edir, ağciyər və qaraciyər iltihablarının müalicəsində, soyuqdəymədə müsbət təsir göstərir. Qanın laxtalanmasını və qanda xolesterinin miqdarını azaldır. Qan damar sisteminin işini, həzm prosesini normallaşdırır və qanı artırır. Sidik yollarında, prostat vəzinin hipertrofiyasının fəsadlarının azalmasında, böyrək rahatsızlıqlarında istifadə edilir. Uşaqların iştahının açılmasında və zehinlərinin inkişafında faydalıdır. Dərini təravətləndirir və cavanlaşdırır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 d. əvvəl
-
15 d. əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 21 d. əvvəl
-
29 d. əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
2 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
3 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Ən çox oxunanlar
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR






















