“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
(®️) Koronavirus pandemiyaslı ilə əlaqədar olaraq ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib. “Nar” nömrəsi almaq istəyənlər evdən çıxmadan, narsim.az vebsaytından seçdikləri nömrələrin birbaşa evə çatdırılmasını sifariş edə bilərlər. Səyyar nömrə xidməti ilə Bakı, Abşeron, Sumqayıt və daha 23 şəhərdə 1000-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.
Bundan başqa, aprelin 6-dan başlayaraq Bakı və Abşeron yarımadasını əhatə edən “Səyyar Nar” layihəsi çərçivəsində 140-dan çox müştəriyə evində xidmət göstərilib. Qeyd edək ki, “Səyyar Nar” abunəçilərə evlərini tərk etmədən bir çox əməliyyatları birbaşa ünvanlarında əldə etmək imkanı verir. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də, SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
“Nar” xüsusi karantin rejimi dövründə abunəçilərin evdən çıxmaması üçün onlayn kanalları vasitəsilə də müştərilərə xidmət göstərməkdə davam edir. Müştəri xidməti funksiyasını yerinə yetirən sosial media səhifələri və “Nar+” tətbiqi vasitəsilə daxil olan sorğular dərhal cavablandırılır. Belə ki, martın sonlarından indiyədək “Nar+” tətbiqinə daxil olmuş müraciətlər 2 dəfə artaraq 3,4 milyondan çox sorğu emal olunub. “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 55 minə yaxın müraciət daxil olub. Qeyd edək ki, tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir.
Bütün qeyd edilən xidmətlərlə yanaşı, abunəçi sorğularının fasiləsiz və operativ cavablandırılması məqsədilə “Nar” Müştəri Xidmətləri və 777 Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Martın sonlarından aprelin sonuna qədər 777 Çağrı Mərkəzinə 705 mindən çox zəng daxil olub.
Xatırladaq ki, “Nar”, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub. Eyni zamanda, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
4 d. əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Ən çox oxunanlar
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır


















