Trump: Suriyada vətəndaş müharibəsini bitirmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Trump və NATO-nun Baş Katibi Jens Stoltenberq, Ağ Evdəki danışıqlardan sonra birgə mətbuat konfransı keçirərək mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Trump birgə mətbuat konfransında Suriya rejiminin qətliamlarını bir daha pisləyərək, "Suriyadakı vəhşi vətəndaş müharibəsini sona çatdırmağın, terrorçuları məğlub etməyin və qaçqınların evlərinə dönməsini təmin etməyin zamanı gəldi" deyib.
Suriyadakı problemlərin həll edilməsi üçün NATO ilə birlikdə işlərinin əhəmiyyətinə işarə edən Trump, "Əsədin qorxunc silahlar istifadə edərək həyata keçirdiyi qətliamların qınanmasında NATO üzvü olan ölkələrin və müttəfiqlərin dəstəyinə minnətdarıq. Kiçik və yardıma möhtac uşaqlar, körpələr də daxil, məsum vətəndaşların dəhşətli şəkildə kimyəvi silahlarla qətlə yetirilməsi, insan həyatına dəyər verən bütün millətlər tərəfindən qəti olaraq rədd edilməlidir" şəklində danışıb.
MOSKVA RƏHBƏRLİYİNİ TƏNQİD ETDİ
Əsəd rejiminə verdiyi dəstəyə görə Moskva rəhbərliyini də tənqid edən Trump, "Hazırda Rusiya ilə razılaşa bilmirik. Əgər razılaşa bilsək çox yaxşı olardı. Yəqin ki, Rusiya ilə münasibətlərimiz ən aşağı səviyyədə ola bilər" şərhini edib.
İdlibdəki kimyəvi silah hücumundan Rusların xəbəri olub olmadığı barədə suala Trump, Rusiyanın Əsəd rejimi ilə yaxın çalışdığını və bu təcavüzdən xəbərlərinin olma ehtimalının yüksək olduğunu bildirib. Bununla belə, qəti ifadələr işlətməyən Trump, davam edən araşdırmalara istinad edərək, "nəticələri görəcəyik" deyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















