"Dövlət büdcəsinə əlavə pul lazım olsa, nağd 6,4 milyard dollarımız var" - NEFT FONDU
İlk rübü ərzində Dövlət Neft Fondunun xərclərinin gəlirlərini üstələməsi həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər.Marja xəbər verir ki, son dövrlər baş verən hadisələrlə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə ictimaiyyəti maraqlandıran bir sıra məqamları nəzərə alaraq qeyd edilən məsələləri qruplaşdıraraq bir neçə suallara cavab verib.
1. Cari ilin yanvar-mart ayları üzrə Dövlət Neft Fondunun xərcləri illik xərclərin 40% səviyyəsində icra olunub. Xərclərin ilin sonuna kimi mövcud dinamika ilə artması gözlənilirmi?
ARDNF-nin 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq ARDNF-nin gəlirləri 12 milyard 384,1 milyon manat (7 milyard 284,8 milyon ABŞ dolları) və xərcləri 11 milyard 589,9 milyon manat (6 milyard 817,6 milyon ABŞ dolları) səviyyəsində proqnozlaşdırılmışdır.
Cari ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-yəümumilikdə 2 milyard 219 milyon ABŞ dolları, o cümlədən mənfəət nefti və qazının satışından 1 milyard 763 milyon ABŞ dolları həcmində vəsait daxil olmuşdur və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, həmin dövr üzrə ARDNF-nin xərcləri 2 milyard 763 milyon ABŞ dolları ( 4 milyard 697 milyonmanat) təşkil etmişdir. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard ABŞ dolları həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.
2. Belə olan halda, yəni cari ilin ilk rübü ərzində Dövlət Neft Fondunun xərclərinin icrası gəlirlərini üstələdiyini nəzərə alaraq bu Fondun investisiya portfelinə necə təsir etmişdir? Hansı azalmadan söhbət gedir və ya hansısa vəsaitlərin məcburi satışı baş vermişdirmi?
Qeyd etmək istərdik ki, ARDNF-nin büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur. Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə Fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət faktorundan və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-nin aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Fondun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, fərqli aylarda icra fərqli olsa da, ARDNF-nin illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə ARDNF-nin vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, Fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarlarındakı qiymət tempidir.
Məlum olduğu kimi, hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş həcmdə transfertlər həyata keçirilir və Fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı ARDNF-nin vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı “təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq ARDNF-nin vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksək keyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, Fondun aktivlərinin 70%-ə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard ABŞ dollarına bərabərdir. Bununla yanaşı, təkcə ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard ABŞ dolları həcmində nağd vəsait ARDNF-yə daxil olacaqdır. Bir daha qeyd edirik ki, ARDNF-nin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.
3. Dünya maliyyə bazarlarındakı dalğalanmalar ARDNF-nin portfelinə necə təsir edir?
Təbii ki, bugün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür. Bugün ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bugün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaqdır və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaqdır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat sonra
-
5 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















