"Razılaşma ehtimalı həddindən artıq aşağıdır" - NEFT QİYMƏTLƏRİ YENİDƏN ÇÖKƏ BİLƏR
Beynəlxalq Enerji Agentliyi (IEA), cümə günü etdiyi şərhdə, sektor tarixinin ən böyük hasilat azaldılması olan bu miqdarın (gündəlik 10 milyon barel) bazarları sakitləşdirməyə kifayət etməyəcəyini bildirib.Böyük istehsalçıların istehsalın azaldılmasını müzakirə edəcəkləri yığıncağın tarixinin aprelin 6-dan 9-na keçirilməsi və ABŞ-ın danışıqlara qatılmayacağına dair işarələr razılaşmanın baş tutmayacağı şübhələrinin artmasına və bu da neft qiymətlərinin düşməsinə səbəb olub.
Marja xəbər verir ki, neft qiymətləri ilk öncə 4%-ədək düşüb, sonra bir qədər yüksəlib.
OPEC + yığıncağının Bazar ertəsi günü telekonfrans yolu ilə keçirilməsi planlaşdırılmışdı.
Səudiyyə Ərəbistanı və Rusiyanın neft qiymətlərindəki çöküş üçün bir-birlərini ittiham etmələrindən sonra yığıncaq Cümə axşamı gününə təxirə salınıb.
Diplomatlara görə, razılaşmaya dair bir az irəliləmə təmin edilib, ancaq dünyanın ən böyük istehsalçısı ABŞ-ın qatılmaması ilə razılaşma olmaya bilər.
ABŞ Prezidenti Donald Tramp, razılaşma üçün çağırış etməsinə qarşı, ötən şənbə günü etdiyi açıqlamda OPEC-i kartel adlandırıb və ABŞ-a idxal ediləcək neftə gömrük tarifi tətbiq edə biləcəyini söyləyib. Tramp bazar günü etdiyi açıqlamada isə, "böyük nisbətdə" gömrük vergiləri tətbiq edə biləcəyini, ancaq buna ehtiyac olacağını hesab etmədiyini qeyd edib.
Yığıncağın məqsədi, istehsalı, qlobal istehsalın 10%-nə qarşılıq gələn gündəlik ən azı 10 milyon barel azaltmaqdır. Ancaq koronavirusun qlobal iqtisadiyyatı dayanma nöqtəsinə gətirməsinə görə, bu miqdarın bu il az qala yarı-yarıya düşən qiymətləri dəstəkləyib dəstəkləməyəcəyi dəqiq bilinmir. Beynəlxalq Enerji Agentliyi (IEA), cümə günü etdiyi şərhdə, sektor tarixinin ən böyük hasilat azaldılması olan bu miqdarın (gündəlik 10 milyon barel) bazarları sakitləşdirməyə kifayət etməyəcəyini bildirib.
"Australia & New Zealand Banking Group"un əmtəə analitiki Daniel Hynes, "Razılaşma ehtimalı həddindən artıq aşağıdır" deyib və "Açıq bir şəkildə, tələbdəki çöküş nəzərə alındığında (gündəlik 15 milyon barel olduğu ehtimal edilir), bazarın sabitləşdirilməsi üçün ehtiyac olan razılaşmanın olacağı uzaq bir ehtimaldır", - deyib.
Qərb Texas nefti (WTI) 3.9% düşərək 27.23 dollara, Brent nefti 2.4% düşərək 33.29 dollara geriləyib.
Qeyd edək ki, ötən həftə, ABŞ Prezidentinin çağırışı ilə OPEC+ ölkələrinin danışıqlara başlayacaqları xəbəri qiymətlərin təxminən 40% yüksəlməsinə səbəb olmuşdur. Əgər neft istehsal edən ölklər cümə günü razılaşmasalar qiymətlərin yenidən çökəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
56 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub






















