Səudiyyə Ərəbistanından təcili yığıncaq çağırışı - NEFT KƏSKİN BAHALAŞDI
Brent neftinin qiyməti 20% bahalaşma ilə 30,75 dolları görüb.Səudiyyə Ərəbistanı, Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçısı ölkələri "ədalətli bir razılaşma" təmin edilməsi üçün təcili yığıncağa çağırıb.
Marja Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, neft bazarındakı tarazlığın yenidən təmin edilməsi üçün ədalətli bir razılaşma olmalıdır.
Çağırışın,Səudiyyə Ərəbistanının bu fövqəladə vəziyyətdə qlobal iqtisadiyyatı dəstəkləmək məqsədilə davam edən səyləri çərçivəsində və ABŞ Prezidenti Donald Trampın xahişinə görə edildiyi qeyd edilib.
Xəbərin artından neft qiymətləri kəskin yüksəlib. Brent neftinin qiyməti 20% bahalaşma ilə 30,75 dolları görüb.
ABŞ xam nefti isə 18% bahalaşaraq 25 dollara yüksəlib.
OPEC ilə Rusiya liderliyindəki neft hasilatının azaldılması razılaşması dünən sona çatmışdır.
Tramp, bu gün sosial media hesabından etdiyi açıqlamada, Rusiya və Səudiyyə Ərəbistanı liderləri ilə danışdığını bildirərək, neft sənayesi üçün hər iki ölkənin xam neft istehsallarını azaldacaqlarını gözlədiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
56 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















