"PAŞA Həyat Sığorta"nın xalis mənfəətində böyük artım
Şirkətin cəmi gəlirləri 151 milyon 89 min manatdan 196 milyon 978 min manata yüksəlib.Azərbaycanın ən böyük həyat sığortası şirkəti "PAŞA Həyat Sığorta" ASC 2019-cu ili 32 milyon 13 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 10 milyon 753 min manat və ya 50,5% çoxdur. "PAŞA Həyat Sığorta" 2018-ci ili 21 milyon 260 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 196 milyon 978 min manat, cəmi xərcləri isə 156 milyon 742 min manat təşkil edib. Şirkət 40 milyon 236 min manat xalis mənfəətindən 8 milyon 223 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə olan “PAŞA Həyat Sığorta”nın cəmi gəlirləri 151 milyon 89 min manat, cəmi xərcləri isə 124 milyon 321 min manat təşkil etmişdi. Həmin il Şirkət 26 milyon 768 min manat maliyyə mənfəətindən 5 milyon 508 min manat mənfəət vergisi ödəmişdi.
İllik müqayisədə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 264 milyon 989 min manatdan 211 milyon 880 min manata geriləyib. Sığorta ödənişləri isə 71 milyon 45 min manatdan 99 milyon 505 min manata yüksəlib.
Sığorta haqqından ehtiyata yönəldilən hissənin azalması Şirkətin cəmi gəlirlərinin artmasını təmin edib.
İNVESTİSİYA GƏLİRLƏRİ ARTIB
“PAŞA Həyat Sığorta”nın 2018-ci ildə investisiya gəlirləri 19 milyon 258 min manat ikən, 2019-cu ildə 24 milyon 963 min manat təşkil edib.
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan və 2011-ci ildən fəaliyyət göstərən “PAŞA Həyat Sığorta” ASC həyat sığorta bazarının lider şirkəti olaraq hər növ həyat sığortası məhsulunu təklif edir.





Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
51 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







