Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
Hələdə çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat günbəgün dəyər qazanır. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 17% bahalaşıb.
- Səhər saat 09:20-də Mərkəzi Bank Aprelin 11-nə USD/AZN rəsmi məzənnəsini 1.7031 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu. Dolların satış qiyməti 1.65 manatadək düşdü.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7029 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında cüzi möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların düşdüyü müşahidə olundu. Dolların banklarda alış qiyməti 1.60 manatdək, satış qiyməti 1.6480 manatadək düşdü. Axşam saatlarında bəzi banklar dolların alış və satış qiymətini cüzi qaldırdılar. Bu hərracda Manatın güclənməsi sürətinin aşağı düşməsilə bağlı idi.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 12.04.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7029 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eynidir.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 20 d. əvvəl
-
36 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
























