Neft qiymətləri çökdü - SON 29 İLDƏ GÖRÜNMƏMİŞ UCUZLAŞMA OLDU
Neft qiymətlərində Sovetlər Birliyinin dağıldığı il olan 1991-ci ildən bu yana ən kəskin ucuzlaşma baş verdi.
Ötən həftə Rusiya və Qazaxıstan Neft İxrac Edən ölkələr Birliyinin hasilatı azaltmaq təklifini qəbul etmədikdən sonra Səudiyyə Ərəbistanı hasilatı artıraraq qiymət müharibəsinə başladığını elan etdi.
Marja xəbər verir ki, bu gün beynəlxalq bazarlar açılan kimi neft qiymətləri son 29 ildə görünməmiş şəkildə düşüb.
Brent nefti qısa müddətdə 31% ucuzlaşaraq bareli 31,31 dollara, ABŞ xam nefti də (WTI) 31% ucuzlaşaraq bareli 27,43 dollara düşüb ( Bakı vaxtı ilə saat (03:31-ə olan məlumat). Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlamadır.
Qısa müddətdə Brent neftinin qiyməti 30 dollar səviyyələrini də görüb. Qiymətlərdə çox sürətli dəyişikliklər baş verir.
Qeyd edək ki, 2015-ci ildə neftin qiyməti 40 dollardan aşağı düşdükdə Azərbaycan Mərkəzi Bankı devalvasiyaya getmişdi.
Ötən həftənin cümə günü Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) və təşkilata üzv olmayan bəzi xam neft istehsal edən ölkələrin yığıncağından sonra Brent neftin barelinin qiyməti təxminən 10% geriləyərək 45 dollara qədər düşmüşdü.
OPEC və OPEC-ə üzv olmayan ölkələrin yığıncağında istehsalın əlavə azaldılması qərarı qəbul olunmadı. Belə bir vəziyyət qlobal bazarda təklif artıqlığı riski yaradıb, eyni zamanda, Çində ortaya çıxan yeni növ koronavirus (Kovid-19) dünya daxilində xam neftə tələbə mənfi təsir edir. Hər iki vəziyyət neft qiymətlərinin düşməsinə səbəb olur.
Rusiya ilə OPEC+ İttifaqı razılaşmadıqdan sonra Səudiyyə Ərəbistanı qiymət müharibəsi elan edib. Krallıq Avropa, Uzaq Şərq və Birləşmiş Ştatlara görünməmiş endirimlər təklif edir. Səudiyyə Ərəbistanı istehsalını rekord səviyyələrə qədər qaldıra biləcəyini açıqlayıb.
Neftin bu il 20 dollaradək düşə biləcəyi xəbərdarlıqları edilib.
İlin əvvəlindən bəri neft təxminən 50% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
22 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
54 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub



















