Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim etdi
® İstifadəçi rahatlığı və funksionallığı ilə seçilən Hesab.az veb səhifəsinə yeni xidmət – onlayn bilet alışı əlavə edildi!
Bu xidmət ilə artıq hər bir istifadəçi heç bir yerə getmədən, tədbir və ya kino biletlərini Hesab.az-da onlayn əldə edə bilər. Hesab.az veb səhifəsinə əlavə edilən bilet alışı xidməti də istifadəçilərin vaxtına qənaət etməyə kömək edəcək. Kassada vaxt itirməyə ehtiyac qalmayacaq.
Yaxında Hesab.az loyallıq proqramını dəyişib, yeni biznes axını təqdim edəcək. Hazırda Hesab.az platformasında 500.000 -dən çox istifadəçi sayı var və planda olan yeniliklərlə bu sayı daha da artırmağı düşünürük.
Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb.
Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




























