Beynəlxalq Bankdan FinTech sferasında böyuk addım
® Ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində bir neçə böyük layihəyə imza atmış Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə təşkil etdiyi 1-ci IBA Regional Hakatonu başa çatıb.
Bakı Ekspo Mərkəzində keçirilən Hakatonda 40-a yaxın komanda yarışıb. İdeya marafonunda dünyanın 12 ölkəsindən də nümayəndələr iştirak edib. İştirakçıların əksər hissəsi isə yerli mütəxəssislərdən, sahibkar və proqramçılardan, eləcə də digər peşəkarlardan ibarət olub. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş 25 peşəkar mentorun dəstəyi ilə 36 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar.
1-ci IBA Regional Hakatonunun Münsiflər Heyətinə sahibkarlıq sahəsində innovativ həllərlə bağlı ümumən 40-a qədər layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini nümayiş etdirərək onları münsiflər qarşısında əsaslandırıblar. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandalar müəyyənləşib. Hakatonda 1-ci yeri Azərbaycan və Ukrayna mütəxəssislərindən təşkil edilmiş “YarımADA” komandası tutub. Onlar kiçik və orta sahibkarlıq biznesində maliyyə şəffaflığını təmin edən, mal-materialların inventarlaşdırılmasını və digər əməliyyatları asanlaşdıran layihə prototipi ilə qalib olublar. 2-ci yerə Türkiyədən gəlmiş “AppArtisans” komandası çıxıb. Onların irəli sürdükləri “IBA mPos” layihəsi sahibkarlara öz mobil telefonlarını xüsusi tətbiqin köməyi ilə POS terminala çevirmək imkanı yaradır.
3-cü yeri isə azərbaycanlı tələbələrdən təşkil olunmuş “Delta Squad” komandası pul köçürmələri sisteminin təkmilləşdirilməsinə kömək göstərən “Azmo” innovativ layihəsi ilə qazanıb. Şərtlərə uyğun olaraq 1-ci yerin qalibinə 10000, 2-ci yerin qalibinə 5000, 3-cü yerin qalibinə 3000 manat məbləğində mükafat verilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya inzibatçısı Taleh Tahirli bildirib ki, 1-ci IBA Regional Hakatonu Bankın son aylar innovasiyalar sahəsində həyata keçirdiyi layihələrin davamıdır: “Bu, ölkəmizdə FinTech sferasında keçirilmiş ilk ən böyük belə tədbir idi. Hakatonun təşkilində iki məqsədimiz vardı: ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinə faydalı ola biləcək innovativ həllər tapmaq və bu həlləri irəli sürən talantları üzə çıxararaq onlara dəstək olmaq. Düşünürük ki, 1-ci IBA Regional Hakatonu öz məqsədlərinə nail oldu. Azərbaycan Beynəlxalq Bankı FinTech sferasında növbəti önəmli addımını ataraq bu sferada mövqelərini daha da gücləndirdi. Qalib olmayan komandaların da öz layihələri ilə innovasiya ekosisteminə cəlb edilməsi üçün planlarımız var”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
2 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 2 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Ən çox oxunanlar
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!






.jpg)






.jpg)





