Nə üçün Azərbaycan nefti bütün neft markalarından bahadır?
“Azərbaycan nefti dünya bazarlarında bütün neft markalarından bahadır. Bunun səbəbi isə “AzerLight” markalı neftimizin tərkibində kükürdün miqdarının az olması ilə bağlıdır”.
Bunu “AzerLight” markalı neftin tərkibi haqqında danışarkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O qeyd edib ki, “AzerLight” markalı Azərbaycan nefti azkükürdlü neft qrupuna daxildir:
“Hətta neftimizin tərkibində kükürdün miqdarı o qədər azdır ki, bəzən bizim neftimizi ümumiyyətlə, kükürdsüz neft adlandırırlar. Neftayırma zavodları, neft şirkətləri bizim neftimizi almağa maraqlıdır. Neftimizin tərkibində qarışıq az olduğundan yanacaq alarkən daha az enerji sərf edilir.
Ötən ilin oktyabrında Avropa Komissiyası neft emalı zavodlarında ekoloji faktorlarla bağlı yoxlamaları daha da sərtləşdirdi. Ondan sonra azkükürdlü neftə tələbat daha da yüksəlib. Buna görə, “AzerLight” markalı neftlə “Brent” nefti arasındakı fərq 2 dollar idisə, indi neftimiz 4 dollara qədər bahadır”.
İlham Şaban bildirib ki, Azərbaycan nefti sutka yarımdan bir ixrac olunur:
“İndi dünya bazarında neftin qiyməti 59 dollardırsa, “AzerLight” 63 dollardan ucuz satılmır.
Ümumilikdə isə “Brent” markalı neftdən bahalı marka “EkoFiks”dir. O Şimal dənizində hasil olunur. Dünya bazarlarında ən bahalı neft elə “AzerLight”dır”.
Azərbaycan neftindən alınan məhsulların sayına gəlincə isə, Mərkəz rəhbəri ölkəmizdəki neftayırma zavodunda 20-ə yaxın məhsul alındığını diqqətə çatdırıb:
“Lakin dünya neftayrıma zavodlarında bu məhsulların sayı daha çoxdur.
Dünyada ən yüksək rentabelli neftayırma zavodları ABŞ-dadır. Buna görə, onlar özlərinin neft məhsulları ilə bütün dünyada rəqabət apara bilirlər. Onlar 100 adda məhsul buraxa bilirlər. Azərbaycan neftayırma zavodlarında isə neftdən alınan məhsulların sayı azdır. Məsələn, Azərbaycan nefti nə qədər əlverişli olsa da, ölkəmiz hələ də maşın yağı istehsal edə bilmir. Polşadan maşın yağı alınır.
Avropa ölkələri də neftdən məhsul hazırlamaqda ustadır. Mən Almaniyada neftdən hazırlanan bal yemişəm. Bu ölkələrdə neftdən nə desən, hazırlamaq olar”.
© Modern
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
3 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
-
2 saat əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Ən çox oxunanlar
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”

















