Neft qiymətləri Rusiya ilə qalxıb
Neft qiymətləri, Rusiyanın hasilatın azaldılması müqaviləsinin İyun ayından sonraya uzadılmasına üstünlük verdiyinə işarə etməsinin ardından az da olsa qalxıb.
"Marja" xəbər verir ki, ötən həftə ABŞ-ın Suriyaya raket hücumundan sonra neftin 3.2 faiz bahalaşmasının ardından yenidən 0.7%-ə qədər yüksəlib.
Rusiyanın energetika naziri naziri Aleksandr Novak etdiyi açıqlamada, Energetika Nazirliyinin, neft şirkətlərilə altı aylıq müqavilənin müddəti başa çatdıqdan sonra uzadılmasına ehtiyac olub-olmadığını müzakirə etdiklərini deyib. Novak, istehsalın azaldılmasının bazara sabitlik gətirdiyini, ancaq müqavilənin uzadılıb uzadılmaması barədə qərar vermək üçün hələ çox erkən olduğunu deyib. Rusiya OPEC üzvü olmamasına baxmayaraq, digər 10 ölkə ilə birlikdə Yanvar ayından etibarən istehsalın azaldılması razılaşmasına daxil olub.
Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da aktiv neft buruqlarının sayı 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılması razılaşmasının uzadılmasına dəstəyi, ABŞ-da hasilat və ehtiyatların artmasının təsirlərini ortadan qaldıraraq, qiymətlərin 50 dolların üzərində qalmasını təmin edib.
Analitiklər bildirirlər ki, müqavilənin yəqin ki, daha altı ay uzaltılmasına ehtiyac var.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 38 sent bahalaşaraq bareli 52.62 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 28 sent və ya 0.7 faiz bahalaşaraq bareli 55.52 dollara qədər çıxıb.
BİLETİ EVİNİZDƏN VƏ İŞİNİZDƏN AYRILMADAN ALIN – WWW.SAFAR.AZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
5 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























