"5,6% çox yaxşı göstəricidir"
“Yeni strategiya qəbul olunandan sonra bizim borcumuzun ÜDM-ə nisbətdə 5 faiz bəndi azalıb ki, bu da yaxşı göstəricidir. Amma bununla kifayətlənmirik, əsas işimiz ondan ibarətdir ki, xarici dövlət borcumuz üzrə ödənişləri daha artıq ödəyərək daha az borc alaq. Nəticədə büdcədə daha böyük saldo əmələ gəlir ki, bu da borcun azalmasına xidmət edəcək“, .
Bunu Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin yanaşma ilə bizim işlərimiz daxili dövlət borclarımızın artırılmasını nəzərdə tutur: "Bu da onunla bağlıdır ki, hökumət və ümumiyyətlə iqtisadi orqanlar- Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi bu prosesdə maraqlıdır ki, maliyyə bazarlarında daxili dövlət borcu yəni istiqrazların həcmi artsın".
Nazir vurğulayıb ki, bildiyiniz kimi, 2020-ci ildən başlayaraq Maliyyə Nazirliyi tərəfindən 5 illik manatla istiqrazlar yerləşdirilib, bu da çox yaxşı bir göstəricidir: "Biz görürük ki, bu alətlərə bazar iştirakçılarının marağı artır, bu yaxınlarda biz iki illik borc kağızlarımızı bazarda yerləşdirmişik. Bu da uğurlu olub, bu kağızlara daha çox tələbat olub. Nəticə etibarı ilə biz auksionu kifayyət qədər aşağı 5,6%-lə yekunlaşdırdıq ki, bu da çox yaxşı göstəricidir. Yəni artıq faiz dərəcələri enir, bu da çox müsbət haldır".
S. Şərifov qeyd etdi ki, bazarda tələbin müəyyən hissəsi mərhələlərlə ödəniləcək: "Ümumi dövlət borcunun azalması çərçivəsində, əsasən xarici dövlət borcu azaldılacaq, sonra bir qədər daxili borc azaldılacaq. Yəni Azərbaycan borclanır, amma biz aldığımızdan daha çox ödəyirik və bunun nəticəsində dövlət borcumuz azalıb".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























