Expressbank-ın tarixində rekord mənfəət
Ölkəmizin ilk kommersiya banklarından biri olan Expressbank 2019–cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş press-relizdə bildirilir ki, ötən maliyyə ilində “Expressbank” 19.1 milyon manat mənfəət əldə edərək yarandığı tarixdən bu günədək rekord həddə - özünün ən yüksək mənfəət göstəricisinə nail olmuşdur.
Məlumatda qeyd edilib ki, sərfəli kredit tarifləri və müştəri gözləntilərinə çevik yanaşma həm fiziki, həm hüquqi şəxslərin banka olan etimadını xüsusi artırır. Məhz bu etimadın nəticəsidir ki, ümumi kreditlərin məbləğində 37.206 mln manat artım müşahidə edilib. Belə ki, biznes kreditlərində artım 29%, istehlak kreditlərində 19%, daşınmaz əmlak kreditlərində isə 7% təşkil etmişdir. Biznes kreditlərində müşahidə olunan xüsusi artım bankın ölkəmizdə biznes sektorunun inkişafına olan dəstəyinin göstəricisidir.
Bankın uğurları bununla da bitmir. Belə ki, qeyri-faiz gəlirliyində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım müşahidə edilir. Bu da bankın yalnız kredit məhsullarınin inkişafında deyil, həm də müştəri yönümlü yüksək xidmət səviyyəsinə marağını əks etdirir.
Əlavə olaraq qeyd olunmalıdır ki, 2019-cu ilin 4-cü rüb göstəricilərinə əsasən Expressbank ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün Prudensial normativləri yüksək səviyyədə yerinə yetirmişdir. Belə ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə 35% (min. tələb 5% olduğu halda), Məcmu kapitalın adekvatlıq əmsalı üzrə 43% (min. tələb 10% olduğu halda), Leverec əmsalı üzrə 25% (min. tələb 4% olduğu halda), Ani likvidlik əmsalı üzrə 96.6% (min. tələb 30% olduğu halda) səviyyəsində saxlanılması təmin olunmuşdur . Qeyd etmək lazımdır ki, bu əmsallar üzrə Expressbank ASC ölkənin bank sektorunda yüksək pillələrdə dayanır. Bu isə bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)









.jpg)






