Xarici bankın törəməsi Azərbaycandakı qazancını açıqladı
“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ili 3 milyon 976 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 411 min manat və ya 26,2% azalıb. Bank 2018-ci ili 5 milyon 388 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ AZALIB
“Marja” bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirlləri 48 milyon 503 min manat, faiz və qeyri-faiz xərcləri isə 32 milyon 203 min manat təşkil edib. Cəmi gəlirlər cəmi xərcləri üstələdiyindən 16 milyon 300 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 10 milyon 927 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından mənfəət 5 milyon 373 min manata düşüb. Bank ötən il 1 milyon 396 min manat əməliyyat mənfəəti ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirlləri 51 milyon 950 min manat, faiz və qeyri-faiz xərcləri 34 milyon 561 min manat, əməliyyat mənfəəti 17 milyon 389 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 10 milyon 48 min manat, ödənilmiş mənfəət vergisi 1 milyon 954 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 2018-ci ildə 35 milyon 202 min manat ikən, 2019-cu ildə 33 milyon 415 min manat, qeyri - faiz gəlirləri 2018-ci ildə 16 milyon 749 manat ikən, 2019-cu ildə 15 milyon 88 min manat təşkil edib.
Gəlirlərin azalması və ehtiyata ayırmanın artması Bankın xalis mənfəətinin düşməsi ilə nəticələnib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 1 milyon 897 min manat artaraq 428 milyon 577 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 13 milyon 212 min manat artaraq 187 milyon 252 min manata çatıb. Ötən il Bankın biznes kreditləri portfeli 17 milyon 684 min manat artaraq 130 milyon 26 min manata yüksəlib.
Depozitlər cüzi artaraq 320 milyon 826 min manat təşkil edib.
31 Dekabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 72 milyon 786 min manat məcmu kapitala malik olub.
Türkiyədə fəaliyyət göstərən "Yapı Kredi" bankı "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)






.jpg)










