"Sistemimiz çökməyib, ən qısa müddətdə kirayə ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq"
Dünən yaydığı açıqlamasında, "istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən “Elektron ipoteka və kredit zəmanət sistemi”nin artıq yüklənməyə məruz qaldığını və müraciətlərin qəbulunda problemlər yarandığını" açıqlayan İpoteka və Kredit Zəmanət Fondu, bu gün yaydığı yeni açıqlamasında “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatların yalan olduğunu qeyd edib.
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, 22 yanvar 2020-ci il il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir".
"Marja" xəbər verir ki, bu, Fondun açıqlamasında deyilir.
"Məlumat üçün bildiririk ki, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində növbəliliyin və şəffaflığın təmin edilməsi, qarşılıqlı təmas və sui-istifadə hallarının qarşısının alınması, sənəd dövriyyəsinin optimallaşdırılması və minimuma endirilməsi, xidmət prosesinin sürətləndirilməsi məqsədilə müvafiq elekton sistem 2013-cü ildən etibarən tətbiq olunur.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması ilə əlaqədar olaraq yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi (Elektron sistem) yaradılıb və 19 iyun 2019-cu il tarixindən əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndircilər) istifadəsinə verilib.
Qeyd etmək lazımdır ki, elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir.
Belə ki, elektron sistem müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, nikah və ailə tərkibi, iş yerini və gəlirlərinə, sosial sığorta ödənişlərinə, vergi öhdəliklərinə, kredit tarixçəsinə və ipoteka qoyulan daşınmaz əmlaka dair məlumatların elektron qaydada əldə edilməsi üçün “Elektron hökumət” portalına inteqrasiya olunub və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Kredit Bürosu” MMC, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və digər) və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib. Nəticədə, Fondun təqdim etdiyi xidmətlər üzrə ölkə vətəndaşları tərəfindən kağız daşıyıcılarında təqdim edilən sənədlərin sayının minimal həddə çatdırılması və xidmət səviyyəsinin yüksəldilməsi təmin edilib.
Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə Fond ilə müvəkkil təşkilatlar (banklar, sığorta şirkətləri və qiymətləndiricilər) arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir.
Bununla yanaşı, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin real rejimdə aparılması üçün Elektron sistem Hökumət Ödəniş Portalı və “ASAN ödəniş” sistemlərinə də inteqrasiya olunub.
Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub.
Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.
Bildiririk ki, hazırda “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir".
Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq",- açıqlamada bildirilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
15 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 16 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















