Azərbaycanda kredit kartlarının sayında böyük azalma
2019-cu ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 266 min ədəd artıb, kredit kartlarının sayı isə 109 min ədəd azalıb.
2019-cu ilin Noyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Oktyabr ayının sonu ilə müqayisədə Noyabrda cəmi ödəniş kartlarının sayı 71 min ədəd artıb. Oktyabrda sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 136 min ədədə təşkil etmişdi.
Cəmi ödəniş kartlarının sayı Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min ədəd, Sentybarda isə 58 min ədəd artmışdı. Oktyabrda isə cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalmışdı. Azalma sosial kartların azalmasından qaynaqlanmışdı. Sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqədar idi. Bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcəkdir.
Oktyabr ayı ilə müqayisədə Noyabrda sosial kartların sayı 26 min ədəd artaraq 2 milyon 409 min ədədə, əməkhaqqı kartlarının sayı 30 min ədəd artaraq 2 milyon 306 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı isə 21 min ədəd artaraq 1 milyon 740 min ədədə çatıb. Kredit kartlarının sayı isə 7 min ədəd azalaraq 751 min ədədə düşüb.
2018-ci ilin sonu ilə müqayisədə isə ötən ilin yanvar-noyabr ayları ərzində (11 ayda) cəmi ödəniş kartlarının sayı 696 min ədəd, o cümlədən, əmək haqqı kartlarının sayı 266 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 651 min ədəd artıb. Sosial kartların sayı 113 min ədəd, kredit kartlarının sayı isə 109 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















