Prezident Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.
Sultan bin Səid əl-Mansuri deyib:
-Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.
Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin əhatə dairəsi artır.
Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.
Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə.
Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.
Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.
Sultan bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının önəmi vurğulanıb, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























