Gül istixanası istifadəyə verildi
Oktyabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində istixana təsərrüfatı fəaliyyətə başlayıb.
KOBİA-dan bildirilib ki, “Azaqro” MMC-yə məxsus istixananın fəaliyyətinin genişləndirilməsi üçün agentlik tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.
Layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb və 2,3 milyon manat həcmində investisiya yatırılıb. Niderlandın “Cherthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd gül təşkil edir.
İstixana təsərrüfatı qeyri-neft ixracının artmasına, regionda məşğulluğun təmin edilməsinə də öz müsbət töhfəsini verəcək. Burada yetişdirilmiş güllər daxili və xarici bazarda (Gürcüstan, Rusiya) satılacaq. İstixana təsərrüfatında 30 nəfər yerli sakin işlə təmin edilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov KOBİA-nın dəstəyinin layihənin uğurla reallaşmasında əhəmiyyətli olduğunu, rayonda “KOB Dostu”nun fəaliyyətə başlamasının rayonda fəaliyyət göstərən sahibkarlara dəstək olacağını qeyd edib.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə reallaşdırılan dövlət dəstəyi tədbirləri, agentliyin fəaliyyəti barədə məlumat verib. İstixana təsərrüfatının yaradılmasının KOB sektorunun inkişafında əhəmiyyətli olduğunu qeyd edən O.Məmmədov KOB-lara və onların layihələrinə davamlı olaraq dövlət dəstəyinin göstərildiyini və bunun davamlı olacağını diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























