Sığorta haqlarının 73%-i 5 şirkətin kassasına daxil olur
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 469 milyon 799 min manat sığorta haqqının 343 milyon 741 min manatı və yaxud 73,15%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (148 milyon 624 min manat), "PAŞA Sığorta" (104 milyon 746 min manat), "Azərsığorta" (39 milyon 655 min manat), "Atəşgah Sığorta" (25 milyon 682 min manat) və "Atəşgah Həyat Sığorta" (25 milyon 34 minmanat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (352 min manat), "Amrah Sığorta" (352 min manat), "Xalq Həyat Sığorta" (371 min manat) və "Bakı Sığorta" (815 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 890 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 124 milyon 168 min manat (26,45%) təşkil edib.
Ödənişlərinin 70%-i də 5 şirkətin kassasından çıxır
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 175 milyon 474 min manat sığorta ödənişinin 123 milyon 266 min manatı və yaxud 70,25%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (56 milyon 897 min manat), "PAŞA Sığorta" (33 milyon 21 min manat), "Atəşgah Sığorta" (13 milyon 276 min manat), "Atasığorta" (9 milyon 943 min manat) ASC-lər və Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta" 9 milyon 940 min manat).
8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (139 min manat), "Bakı Sığorta" (163 min manat) və "Rəvan Sığorta" (254 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 557 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 51 milyon 651 min manat (29,45%) təşkil edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
® "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



