Azərbaycan məhsulu Çində məşhurlaşır, ən çox hədiyyə olaraq satın alınır
Azərbaycan və Çinin şimal-qərbindəki Sintszyan Uyğur Muxtar Vilayəti "Bir qurşaq, bir yol" (BRI) layihəsi çərçivəsində iqtisadi əməkdaşlıqda əhəmiyyətli uğurlar əldə edib.
Çin KİV-i xəbər verir ki, bu barədə Sintszyanın "YEMA Group" şirkətinin Xarici Ticarət Departamentinin baş direktorunun müavini Van Vey bildirib.
Onun sözlərinə görə, digər məhsullarla yanaşı, Azərbaycanın qırmızı şərabı Sintszyanın regional paytaxtı olan Urumçi və Bakı arasındakı birbaşa aviareyslər vasitəsilə vilayətə davamlı "axın edib".
"Şərab biznesi çiçəklənir", - Van Vey deyib.
V.Vey bildirib ki, şirkət ötən ilin sentyabr ayından bəri Azərbaycandan 10 partiya və ya 30 000 şüşə qırmızı şərab idxal edib.
Onun sözlərinə görə, çinli turistlərin əksəriyyəti Azərbaycanın qırmızı şərabının dadını çox sevir və onu Çindəki dostlarına və qohumlarına hədiyyə olaraq göndərmək üçün poçt vasitəsi ilə satın alırlar.
"Birbaşa reysdən əlavə, Urumçi ilə Neapol (İtaliya) arasındakı Çin-Avropa yük qatarı Azərbaycan treyderləri üçün daha çox imkanlar açır", - Baş direktorun müavini söyləyib.
V.Van Azərbaycan şirkətlərinin Sintszyan vilayətindən kimyəvi maddələr və digər məhsullar idxal etmək niyyətində olduqlarını vurğulayıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























