AZAL Çinə çarter reysləri həyata keçirəcək
Azərbaycanın milli aviadaşıyıcısı və Çinin aparıcı turizm şirkəti “HCG International Travel Group” Bakı-Pekin-Bakı marşrutu üzrə çarter sərnişin reyslərinin yerinə yetirilməsinə dair üçillik müqavilə imzalayıb.
⠀⠀
Sənəd AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə və “HCG International Travel Group”un direktoru He Yong tərəfindən imzalanıb.
⠀⠀
"AZAL və “HCG International Travel Group”arasında uzunmüddətli tərəfdaşlıq şirkətlər arasında bu ilin mart ayından etibarən həyata keçirilən uğurlu əməkdaşlığın nəticəsində əldə edilib",- AZAL-ın yaydığı məlumatda deyilir.
⠀⠀
Tərəflər həmçinin 2020-ci ildə Azərbaycandan Çinə yeni istiqamətlərin açılmasını müzakirə ediblər.
⠀⠀
"Aparıcı turizm agentliyi olan “HCG International Travel Group” Çinə müntəzəm uçuşlarımızın yerinə yetirilməsində özünü etibarlı tərəfdaş kimi sübut etmişdir. Bu uçuşa daimi tələbatın olması Azərbaycanın artan turizm potensialını, habelə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun rahat tranzit yolu olmasını vurğulayır", – Cəmil Mənizadə qeyd edib.
⠀⠀
“HCG International Travel Group”ın rəhbəri He Yong öz növbəsində vurğulayıb: “Çox şadıq ki, Azərbaycanın milli aviadaşıyıcısı ilə şirkətimiz arasında belə bir strateji saziş bağlamağa nail olduq. AZAL həmişə yüksək səviyyəli xidməti ilə fərqlənmişdir, paytaxtın hava limanı isə Avropa ilə Asiya arasında rahat əlaqələr planlaşdırmağa imkan yaradır".
⠀⠀
Hazırda yay cədvəli çərçivəsində Bakı ilə Pekin arasında uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetirilir. Oktyabrın 27-dən qış cədvəlinin qüvvəyə minməsi ilə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcəkdir. Uçuşlar rahat, geniş füzelyajlı “Boeing 767-300ER“ təyyarələri vasitəsilə yerinə yetirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
2 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
-
2 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
4 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
Ən çox oxunanlar
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac






















