"Qarabağ" 3 milyon avroya yaxın mükafat alacaq
Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 1:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro mükafat da əldə edib.
UEFA anoloji uğura imza atan bütün komandalara eyni məbləğdə pul verəcək.
Ağdam təmsilçisi bunadək Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib.
Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro bölüşdürülüb və hər bir kluba 5 milyon avro çatıb.
ÇL-in qrup mərhələsinə düşən 32 klubun hər biri 15,25 milyon avro qazanıb. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.
1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.
Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 41 d. əvvəl
-
51 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 53 d. əvvəl
- 54 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Ən çox oxunanlar
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var











.jpg)







