İlin ən gözlənilən avtomobili dünyaya təqdim olundu - FOTOLAR
(®) Nəhayət ki, gözlədiyimiz an gəlib çatdı! Dünyanın müxtəlif nöqtələrində yaşayan avtosevərlərin səbirsizliklə gözlədiyi yeni RS6 Avant dünyaya təqdim olundu!
İllərdir ki, avtosevərlərin rəğbətini qazanan bu model köhnə modeldən çox fəqlənir. Yeni RS6 Avant 600 at gücü hasil edən V8 4.0 TwinTurbo Mild Hybrid ilə təchiz olunub. Öncəki modeldən düz 40 a.g. daha güclüdür.
Maksimal sürət göstəricisi isə 305 km/saat təşkil edir, bu onu göstərir ki, yeni model köhnə modeldən nəinki daha güclü, həmçinin daha sürətlidir.
Aqressiv idman üslublu görünüşü alman mütəxəssisləri yeni ön radiator barmaqlıqları ilə gücləndiriblər. Üstəlik yeni bamperlər arxa qeyri-adi diffuzor,spoyler və işiqdiodlu optika ilə (Matrix fənərlər opsiya kimi əlavə olunur) bu avtomobilin görünüşünə xüsusi dinamiklik bəxş etdilər. 22’ ölçülü təkərlərin “gizləndiyi” təkər arkaları da 40 mm artırılıb.
İnteryerə nəzər yetirək. Ventilyasiya olunan dəri və alkantara idman üslublu oturacaqlar, seçiminizdən asılı olaraq dekorativ ağac, karbon və ya mat alüminium elementlər, daha geniş imkanlara malik MMİ interfeys.
Baqaj bölməsinin həcmi isə - 565 – 1680 l təşkil edir.
4 idarəolunma rejimlərinə (Komfort, Avtomatik, Dinamik və Ekonom) RS1 və RS2 rejimləri də əlavə olunublar. Bu rejimlər ilə asqıları, səs gücləndiriciləri və s. kimi funksiyaları idarə etmək olar.
Avropada yeni RS6-ın satışı gələn ilin əvvəlində planlaşdırılır. Azərbaycana isə bu avtomobil çox güman bir neçə ay sonra təqdim olunacaq.
2020 Audi RS6 Avant (C8) – 600 a.g. /800nm - V8 4.0 TwinTurbo Mild Hybrid
0-100 km/s - 3.6 san (rəsmil), maksimal sürət - 305km/h
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























