Fərhad Əhmədov şəriklərinin hər birinə 200 manat sabit dividend ödəyib
“Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab isrehsal edən Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyəti 2018-ci il üzrə 19 min 795 manat məbləğdə dividend elan edib.
“Marja” xəbər verir ki, bu barədə QSC-nin 2018-ci il üzrə illik hesabatında bildirilir.
Hesabatda qeyd edilib:
Ümumi yığıncaq qərara alır: Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin nəticələrinə görə 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend elan edilsin. Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının mülkiyyətində olan səhmlərin sayını nəzərə alaraq dividendlərin verilməsi aşağıdakı qaydada həyata keçirilməklə, elan edilmiş 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 (iki yüz) manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada bölüşdürülsün.
Hesabat ili ərzində 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada dividend kimi ödənilmişdir.
Qeyd edək ki, “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. QSC-nin Direktorlar Şurasının sədri əslən azərbaycanlı olan Rusiya milyarderi Əhmədov Teymur Fərhad oğludur.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)



